YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İran Trans-Anadolu kəməri vasitəsi ilə Avropaya təbii qaz ixrac etməyi planlaşdırır

İran İslam Respublikası hasil etdiyi təbii qazı Trans-Anadolu qaz boru kəməri (TANAP) vasitəsilə Avropaya ixrac etməyi planlaşdırır.

Bu barədə İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi məlumat verib. O deyib ki, hazırda rəsmi Tehran Azərbaycan və Türkiyə ərazisindən keçəcək TANAP kəməri vasitəsilə qaz ixracının iqtisadi səmərəsini araşdırır.

M. Vaizi bildirib ki, avqustun 5-də İran-Azərbaycan müştərək iqtisadi komissiyanın 9-cu iclasında iştirak etmək üçün Bakıya səfəri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevlə görüşüb. Görüşdə Avropanın təbii qaza olan tələbatını qarşılamaq üçün Azərbaycan ilə İranın əməkdaşlığının vacibliyi vurğulanıb. Bununla yanaşı, Azərbaycanın yeraltı qaz anbarlarından birgə istifadə məsələsi də müzakirə edilib.