YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

XİN: Status kvonun dəyişdirilməsinə maneə olan tərəf məhz Ermənistandır

Status kvonun dəyişdirilməsinə maneə olan tərəf məhz Ermənistandır. Bunu Trend-in sorğusuna cavab olaraq Ermənistan xarici işlər naziri E. Nalbəndyanın dediklərini şərh edən XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

"Normal məntiqlə Ermənistan xarici işlər nazirinin nə demək istədiyini başa düşmək çox çətindir.

Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrlərinin qəbuledilməz və qeyri-davamlı olan status kvonun dəyişdirilməsi üçün təqdim etdikləri kompleks tədbirlər əsasında substantiv danışıqların davam etdirilməsini dəstəkləyir. Status kvonun dəyişdirilməsi isə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və Azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasını nəzərdə tutur.

Azərbaycan ərazilərinin işğalını davam etdirərək bunun reallaşmasına və işğala əsaslanan status kvonun dəyişdirilməsinə maneə olan tərəf məhz Ermənistandır".