YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bəxtiyar Aslanbəyli: BP və tərəfdaşları Azərbaycandakı sosial layihələrə 72 milyon dollar xərcləyib

BP və onun tərəfdaşları indiyədək Azərbaycandakı sosial investisiya layihələrinə 72 milyon dollar vəsait xərcləyib.

Bu barədə iyunun 2-də Bakıda keçirilən XXIV “Xəzər Neft və Qaz-2017” beynəlxalq konfransında BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

BP-nin vitse-prezidenti bildirib ki, şirkət mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.