YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yulian Robert Tudoraçe: "Cənub Qaz Dəhlizi" Avropanın maraqlarına uyğun layihədir

"Cənub Qaz Dəhlizi" layihəsi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verəcək.

Bunu iyunun 1-də Bakıda keçirilən XXIV “Xəzər Neft və Qaz 2017” beynəlxalq konfransında Rumıniyanın energetika nazirinin müavini Yulian Robert Tudoraçe deyib.

Nazir müavini qeyd edib ki, Avropa İttifaqı hazırda təbii qaz idxalından asılı vəziyyətə düşür. Ona görə də mənbələrin və marşrutların şaxələndirilməsi qitə üçün olduqca mühüm əhəmiyyət daşıyır. "Cənub Qaz Dəhlizi" də Avropanın maraqlarına uyğun layihədir.