YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistan silahlı qüvvələrinin cəbhə xəttindəki videomüşahidə vasitəsi ələ keçirilib

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində düşmən mövqelərindən birində quraşdırılmış videomüşahidə vasitəsi bölmələrimiz tərəfindən xüsusi üsulla ələ keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, qurğunun ilkin araşdırılması nəticəsində onun hava şarı (zond), kiçik həcmli paraşüt, penoplast qutunun içərisinə yerləşdirilmiş kamera, müxtəlif ötürücü antena və naqillərdən ibarət olmaqla kustar üsulla hazırlandığı müəyyən edilib.

Bununla da Ermənistanın hərbi-siyasi rəhbərliyinin qoşunların qarşıdurma xəttindəki postlarının guya ABŞ istehsalı olan ən müasir videomüşahidə vasitələri ilə təmin olunması barədə verdikləri bəyanatların mif olduğu və Ermənistanın daxili auditoriyasına hesablandığı bir daha təsdiqlənib.