YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: İslam dini humanizmi və böyük mənəvi dəyərləri özündə birləşdirir

«Xalqımız hələ 100 il əvvəl Şərqdə ilk demokratik respublika qurmaqla İslamın demokratiyanı heç də inkar etmədiyini göstərdi». Bu fikri Milli Məclisin deputatı, akademik Nizami Cəfərov deyib.

 N.Cəfərov bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Ümummilli lider Heydər Əliyev İslam dəyərlərinin dirçəlməsinə hərtərəfli qayğı göstərib. Onun sözlərinə görə, bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev bu sahəyə dəyərli töhfələr verir.

«Ümumiyyətlə, ölkəmiz nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkandır. Bu tədbirlər sırasında  İslam, sivilizasiyalar arasında dialoq, multikulturalizmlə əlaqədar toplantılar da çoxluq təşkil edir. Roma Papasının Azərbaycana ötən il etdiyi səfər də ölkəmizin multikulturalizm dəyərlərinə verilən qiymətdir. Bütövlükdə, İslam dini humanizmi və böyük mənəvi dəyərləri özündə birləşdirir. Dünyanın sağlam cəmiyyətləri hər zaman İslam dininə yüksək qiymət verirlər»- deyə, N.Cəfərov qeyd edib.