YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Həsən Ruhani: Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir

Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir və qonşu dövlətlərlə yaxşı əlaqələr qurub.

Bu sözləri mayın 22-də İran Prezidenti Həsən Ruhani prezident seçildikdən sonra keçirdiyi ilk mətbuat konfransında deyib.

Həsən Ruhani bildirib ki, Azərbaycan ilə İran arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir. Azərbaycan İranın çox yaxşı qonşusu və dostudur. Rəsmi Tehran bundan sonra da Azərbaycanla əlaqələrini inkişaf etdirərək strateji müttəfiqlik səviyyəsinə çatdıracaq.

Həsən Ruhani nəzərə çatdırıb ki, yaxın aylarda Tehranda Azərbaycan, Rusiya və İran arasında üçtərəfli danışıqlar aparılacaq. Üçtərəfli danışıqların əsası 2016-cı ildə Bakıda qoyulub. Həmin vaxt Azərbaycan, Rusiya və İran prezidentləri görüşərək geniş müzakirələr aparıblar. Üçtərəfli əməkdaşlığı davam etdirmək xalqlarımızın mənafeyinə uyğundur.