YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Bakı-Aktau-Samsun qardaşlaşmış limanların ikinci iclası keçirilir

Mayın 22-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Bakı-Aktau-Samsun qardaşlaşmış limanların ikinci iclası keçirilir.

Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ölkəmizin nəqliyyat və tranzit potensialından danışıb. Bildirib ki, Azərbaycanın tranzit potensialı nəzərə alınaraq ölkəmizdə irimiqyaslı nəqliyyat layihələri icra edilir.

Nazir qeyd edib ki, hazırda Ələtdə Xəzər dənizinin ən böyük limanı inşa edilir. Liman Şimal-Cənub, Şərq-Qərb marşrutları üzrə əsas logistik mərkəzə çevriləcək. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində Azad İqtisadi Zonanın yaradılması isə gələcəkdə buranı nəqliyyat-logistika mərkəzinə çevirməklə yanaşı tranzit potensiala da öz töhfəsini verəcək.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibinin müavini Ömer Kocaman isə ilk iclasdan ötən dövrdə Bakı, Aktau və Samsun limanları üzrə görülən işlər, bu limanların Türk Şurası üçün əhəmiyyətindən danışıb.

Sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri təqdimatlarla çıxış ediblər.