YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Atef Yusif Saleh əl-Taravneh: İordaniya ilə Azərbaycan arasında möhkəm dostluq əlaqələri mövcuddur

Azərbaycan Respublikasında səfərdə olan İordaniya Haşimilər Krallığı parlamentinin Nümayəndələr Palatasının sədri Atef Yusif Saleh əl-Taravnehin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 11-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Jurnalistlərə müsahibəsində sədr Atef Yusif Saleh əl-Taravneh bildirib ki, dost və qardaş Azərbaycana səfər etməkdən çox məmnundur. “Ölkələrimiz arasında möhkəm dostluq əlaqələri mövcuddur. Mənim Azərbaycana bu səfərim mövcud əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək”.

Nümayəndələr Palatasının sədri Azərbaycanda bir sıra yüksək səviyyəli görüşlərinin baş tutacağını deyib. O qeyd edib ki, İslam ölkələrini bir araya toplayan İslam Həmrəyliyi Oyunlarında İordaniya tərəfindən böyük nümayəndə heyətinin iştirak etməsini yüksək qiymətləndirib.

Sonra Şəhidlər xiyabanına gedən nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Qonaqlar Bakının ən hündür nöqtəsindən şəhərin mənzərəsini seyr ediblər.