YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ahmet Hamdi Gürdoğan: Azərbaycanda logistika və ticarət sahəsinə sərmayə yatırmağa hazırıq

"Biz Azərbaycanda logistika və ticarət sahəsinə sərmayə yatırmağa hazırıq. Amma öncə "Qırmızı Körpü" (Sınıq Körpü) sərhəd-keçid məntəqəsindəki problemləri aradan qaldırmaq lazımdır".

Bunu mayın 5-də Bakıda Azərbaycan-Türkiyə biznes-forumunda çıxış edən Şərqi Qaradəniz İxracatçılar Birliyinin rəhbəri Ahmet Hamdi Gürdoğan jurnalistlərə müsahibəsində söyləyib.

O bildirib ki, iki ölkə arasındakı yüklərin dəniz yolu ilə daşınmasına Xəzərdəki dalğalar da mane olur: "Güclü dalğalar gəmilərimizin hərəkətinə mane olur. Türkiyədə bizim dalğaqıran gəmilərimiz var. Amma Xəzərdə bu yoxdur. Odur ki, gəmilər bəzən 15-20 gün işləyə bilmir".

Gürdoğan əlavə edib ki, Türkiyənin Şərqi Qara dəniz bölgəsi Azərbaycana ən yaxın bölgədir. Bu bölgənin Azərbaycanla ticarət əlaqələrini gücləndirmək üçün böyük potensial var və onu hərəkətə gətirmək barədə düşünməliyik .

DİGƏR Xəbərlər Arxiv