YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Eurasia Review": Ümumdünya Forum iştirakçıları Naxçıvanda mədəniyyətlərarası dialoqun ənənələri ilə tanış olacaq

4-6 may tarixlərində Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə IV Ümumdünya mədəniyyətlərarası Dialoq Forumu keçirilir.

Bu, ABŞ-ın Markett Universitetinin beynəlxalq münasibətlər üzrə eksperti Piter Teysin “Eurasia Review” saytındakı məqaləsində deyilir.

Müəllif yazır ki, Forumla əlaqədar Bakıya çoxlu sayda nüfuzlu beyəlxalq nümayəndə heyəti gələcək. Forumun bağlanışından sonra qonaqlar Naxçıvan Muxtar Respublikasına da səfər etməlidirlər.

P.Teysin sözlərinə görə, Naxçıvan 20 ildən çoxdur ki, ağır iqtisadi blokada ilə üzləşməsinə baxmayaraq, bölgə rəhbərliyi tarixi və mədəni abidələrin bərpası sahəsində böyük uğurlara imza atıb.

Müəllifin fikrincə, beynəlxalq nümayəndə heyətləri Naxçıvanda Azərbaycan tarixinin nəbzini tutaraq, mədəniyyətlərarası dialoq sahəsində öz dünyagörüşlərini daha da artıracaqlar.

DİGƏR Xəbərlər Arxiv