YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mikayıl Cabbarov: İKT bacarıqları insan inkişafı üçün aparıcı amillərdən hesab edilir

«İbtidai təhsildə məntiqli düşüncə , ümumi savad və həyatı vərdişlərin öyrədilməsi əsas fərd kimi qorunmalı, ana dili və riyaziyyatın tədrisinə önəm verilməldir. Fənn kurikulumlarının validyenlər tərəfindən mənimsənilməsi üçün maarifləndirmə işi də gücləndirilməlidir». Bu fikirləri təhsil naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarov bildirib ki, bu gün bizi düşündürməli olan əsas məsələ müasir kompitensiyalar, bilik və səriştələr ümumi əsaslara əsasən qurulmasıdır. Onun sözlərinə görə, bu, elə qurulmalıdır ki, müəllimlər və tələbələr növbəti on illiklərdə onlardan uğurla faydalana bilsinlər.

«Məktəb proqramları vaxtaşırı yenilənməli, şagirdlərə elmlərin əsasları dərindən öyrənilməli, məktəblərdə alınan biliklər həyatda tətbiq edilməlidir. Xüsusi diqqət xarici dillərin tədrisinə yönəlməli, onlara ayrılan saatlar artırılmaldır. Qloballaşma şəraitində gənclərin bir neçə dili bilməsi əhəmiyyətlidir. Bu gün iş yerlərini İKT olmadan təsəvvür etmək mümkün deyil. İKT texnologiyaları ayrı ixtisas deyil, hər bir peşənin və ixtisasın zəruri kompitensiyasıdır. Beynəlxalq araşdırmalar əsasında müəyyən edilib ki, kütləvi İKT savadlılığının ölkəyə verdiyi xeyir sənaye sahəsinin verdiyi xeyirdən bir neçə dəfə çoxdur. Buna görə İKT bacarıqları insan inkişafı üçün aparıcı amillərdən hesab edilir»- deyə, nazir vurğulayıb.