YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyad Səmədzadə: “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsi qanunvericilikdə yeni bir istiqamətin əsasını qoyur

«“Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsi qanunvericilikdə yeni bir istiqamətin əsasını qoyur. Belə ki, daşınar əmlak bazarı anlayışı ölkəmizdə geniş yayılmayan sahədir». Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, sənəd öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı daşınar əmlakın yüklüyünün hüquqi rejimini və ondan istiafdə ilə əlaqədar məsələləri tənzimləyir. Onun sözlərinə görə, yeni hazırlanan qanun 6 fəsil, 29 maddədən ibarətdir.

«Bu əhəmiyyətli sənəddir. Hesab edirəm ki, qanun yeni münasibətlər yaradacaq və vətəndaşların maraqlarına uyğundur»- deyə, komitə sədr vurğulayıb.