YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Aİ bundan sonra Türkiyə ilə yumşaq davranışa üstünlük verməli olacaq

«Türkiyənin tarixində yeni mərhələ başlanır. Yeni mərhələdə Türkiyə-Aittifaqı  münasibətlərində yeni yanaşmaların olması gözləniləndir». Bu fikirləri Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, artıq Türkiyə Avropa ölkələrinin məlum mövqeyinin fərqindədir və hesab edir ki, bu, tərəfdaşlıq münasibətlərinə daban-dabana ziddir. Onun sözlərinə görə, Türkiyə Avropa İttifaqı daxilində gedən neqativ proseslərdən xəbərdardır.

«Rəsmi Ankara Aİ-nin Türkiyə üçün əvvəlki qədər cəzbedici olmadığının fərqindədir. Eyni zamanda, rəsmi Ankara bildirir ki, Türkiyə Aİ üçün daha çox lazımdır, nəinki Aİ Türkiyə üçün. Münasibətlərdə müəyyən ziddiyyətlərin olacağını proqnozlaşdırmaq mümkündür. Amma hər halda Türkiyənin referendumdan sonra güclənəcəyini güman edirik. Hesab edirəm ki, güclü ilə həmişə hesablaşırlar. Düşünürəm ki, Aİ bundan sonra Türkiyə ilə yumşaq davranışa üstünlük verməli olacaq»- deyə, E.Nəsirov qeyd edib.