YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elqucia Berişvili: Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını da yüksək səviyyədə təşkil edəcək

Azərbaycan beynəlxalq idman yarışlarını yüksək səviyyədə təşkil etməklə adını dünya idman tarixinə yazdırıb. Biz bunu 2015-ci ildə ilk Avropa Oyunları zamanı gördük. Birinci Avropa Oyunlarını yüksək səviyyədə təşkil etməklə Azərbaycan nəyə qadir olduğunu bütün dünyaya göstərdi.

Bu sözləri Gürcüstan Milli Olimpiya Komitəsinin birinci vitse-prezidenti Elqucia Berişvili deyib.

E.Berişvili deyib: Bir neçə gündən sonra Azərbaycan daha bir beynəlxalq idman yarışına – IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Bu oyunları təşkil etməklə Azərbaycan təkcə İslam dünyasında deyil, büdün dünyada öz nüfuzunu daha da möhkəmləndirəcək. İnanıram ki, dost və qardaş Azərbaycan tarixin bu sınağından da uğurla çıxacaq, tarixdə daha bir ilkə imza atacaq. Azərbaycan dövlətinə, azərbaycanlı idmançılara və ümumiyyətlə, bütün idmançılara uğurlar arzulayıram”.