YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın xarici işlər naziri Maltada və İtaliyada səfərdə olacaq

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Maltaya rəsmi səfərə yola düşüb. Nazir oradan İtaliyaya səfər edəcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində Elmar Məmmədyarovun Maltadan, İtaliyadan olan həmkarları ilə və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.

İtaliyaya səfər çərçivəsində nazir Azərbaycan və İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə həsr olunan fotosərginin açılışında iştirak edəcək. O, Beynəlxalq Təşkilatlar üzrə İtaliya Cəmiyyəti Təşkilatında “Azərbaycanın xarici siyasəti və İtaliya ilə münasibətlər” mövzusunda mühazirə oxuyacaq.