YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanla əməkdaşlıq regional və beynəlxalq təhlükəsizliyə əhəmiyyətli töhfə kimi dəyərləndirilir

«Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın uğurlu xarici siyasət kursu ölkəmizin beynəlxalq mövqeyinin daha da möhkəmlənməsini, nüfuzunun artmasını təmin edib». Bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva  bildirib ki, 2017-ci ilin birinci rübündə də Azərbaycanın beynəlxalq mövqeyi möhkəmlənib, ikitərəfli münasibətlərimizin inkişafı istiqamətində ardıcıl, məqsədyönlü iş aparılıb. Onun sözlərinə görə, bu müddətdə 7 dövlət başçısının Azərbaycana səfəri, eləcə də Prezident İlham Əliyevin rəsmi səfərləri bu baxımdan xüsusi qeyd edilməlidir.
«Azərbaycanın ötən müddət ərzində beynəlxalq təşkilatlarda uğurla təmsil olunması da ölkəmizin nüfuzunun artmasında ifadə olunub. Təsadüfi deyil ki, ölkəmizin fəal, düşünülmüş xarici siyasəti beynəlxalq miqyasda çox yüksək qiymətləndirilir. Azərbaycanla əməkdaşlıq regional və beynəlxalq təhlükəsizliyə əhəmiyyətli töhfə kimi dəyərləndirilir. Cari ilin birinci rübündə baş tutan Davos Ümumdünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı və V Qlobal Bakı Forumunda səsləndirilən fikirlər, ifadə edilən mövqelər bunu bir daha təsdiqləyir»- deyə, S.Fətəliyeva vurğulayıb.