YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Si Cinpin: Mən Çin-Azərbaycan münasibətlərinə böyük əhəmiyyət verirəm

Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin yaradılmasından ötən 25 il ərzində Çin-Azərbaycan münasibətləri yüksək səviyyədə və sabit inkişaf edir. Qarşılıqlı siyasi etimad daim dərinləşir, əməkdaşlığın müxtəlif sahələrində səmərəli nəticələr əldə olunub, beynəlxalq və regional məsələlər üzrə sıx qarşılıqlı fəaliyyət davam edir.

Bu fikirlər Çin Xalq Respublikasının Sədri Si Cinpinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktubunda yer alıb.

“Bütün bunlar hər iki dövlətin və onların xalqlarının rifahı naminə real səmərə verir. Mən Çin-Azərbaycan münasibətlərinə böyük əhəmiyyət verirəm. Diplomatik münasibətlərimizin yaradılmasının 25 illiyi fürsətindən istifadə edərək Çin ilə Azərbaycan arasında dostcasına əməkdaşlığın təməlini daha da möhkəmlətmək üçün Sizinlə birlikdə səy göstərməyə, dövlətlərimizin və xalqlarımızın rifahı naminə ikitərəfli münasibətlərin və müxtəlif sahələrdə əməkdaşlığın tərəqqisinə nail olmaq üçün fasiləsiz çalışmağa hazıram”, - deyə məktubda qeyd edilir.

Çin Xalq Respublikasının Sədri Azərbaycana firavanlıq və inkişaf, xalqımıza səadət və əmin-amanlıq, Prezident İlham Əliyevə möhkəm cansağlığı və uğurlar arzu edib.