YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Geostrategic Pulse": Ermənistan işğal etdiyi əraziləri geniş istismar edir

"Geostrategic Pulse" jurnalında "İnsan əzablarının pula çevrilməsi (İşğal yolu ilə kapital və qazancın əldə edilməsi: işğal olunmuş ərazilərdə korporativ qaydada insan haqlarının pozulması)" adlı məqalə dərc olunub. /Trend/

Aleksandra Krstiçin məqaləsində qeyd olunur ki,  yeni soyuq müharibə sürətini artıran zaman beynəlxalq ictimaiyyət tədricən digər aktual məsələləri unudur: “Məsələn, insan haqları, əmək hüquqlarına riayət, insan ləyaqətinə hörmət. Əlbəttə ki, sosial və əmək hüquqlarına gəldikdə burada milli və beynəlxalq korporasiyaların böyük rolu var. Hətta dünya standartları ilə məşğul olan və Cenevrədə fəaliyyət göstərən Beynəlxalq Əmək Təşkilatında korporasiyalar güclü söz sahibliyinə malikdir.

Bu gün korporasiyaların səylərinin səfərbər edilməsi hansı dərəcədədir? Korporativ dünya iş standartlarına və biznes əməliyyatlarının şəffaflığının qanunlarına uyğundurmu? Ən əsası – özəl sektor, xüsusilə də silahlı münaqişələr, “unudulmuş” münaqişələr və aktiv döyüş əməliyyatlarının dayandırıldığı, lakin həqiqətdə sülhün heç bir zaman bərqərar olmadığı kimi bölgələrdə beynəlxalq humanitar hüquq normalarına riayət edilirmi? Korporativ dünya BMT-nin insan haqları və ya İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının çoxmillətli korporasiyalar üçün nəzərdə tutulmuş rəhbəredici prinsiplərinə uyğundurmu? Bunlar sadəcə bir neçəsidir. Deməli, biz bəzi hallarda özəl qurumların maliyyə yardımı göstərərək həlledici rol oynadığını, yardım edərək iqtisadiyyatın daima dəyişdirilməsi üçün imkan yaratdığını, işğal edilmiş ərazilərin demoqrafik və mədəni dəyişikliklərə səbəb olduğunu iddia edə bilərikmi? Belə olduğu halda, bunun göstərilmiş ərazidə işğalın davam etdirilməsinə və korporativ mənfəətə səbəb olduğuna xidmət etdiyini deyə bilərikmi?

Problemin ciddiliyini anlamaq üçün nümunə kimi, gəlin, Qafqazda səciyyəvi şəkildə “unudulmuş” münaqişə olaraq müharibənin bitdiyi və sülhün hələ də bərqərar olmadığı regionu götürək.

Ermənistan şirkətləri, eləcə də əsasən diaspor nəzarəti altında olan xarici şirkətlər: Livanın “Artsax Roots İnvestment”, ABŞ-ın “Tufenkian Foundation”, Ermənistanın “General Benevolent Union /AGBU/ Cherchian Family Foundation” və s. maliyyə yardımları etməklə iqtisadiyyatın daima dəyişdirilməsinə imkan yaradaraq (maliyyə və pul islahatı daxil olmaqla), həm şəxsi mənfəətləri, həm də bu ərazilərdə işğalın davam etdirilməsinə dəstək vermək məqsədilə işğal edilmiş ərazilərin demoqrafik və mədəni dəyişikliklərini həyata keçirirlər.”

DİGƏR Xəbərlər Arxiv