YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Nasir Əbdülkərim Əbdürrəhman: Azərbaycan dünyaya tolerantlıq və inklüzivliyin mükəmməl modelini təqdim edir

Prezident İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi münasibətilə Azərbaycan xalqını və hökumətini təbrik etmək istəyirəm. Bu Sərəncam və Bakıda keçirilən “İslam həmrəyliyi - zamanın çağırışı” mövzusundakı beynəlxalq konfrans İslam həmrəyliyinin nə qədər vacib olduğunu bir daha sübut edir.

Bu fikirləri jurnalistlərə müsahibəsində Fələstinin ölkəmizdəki səfiri Nasir Əbdülkərim Əbdürrəhman deyib.

Səfir vurğulayıb ki, konfransın başlıca əhəmiyyətindən biri burada yalnız İslam dininin nümayəndələrinin deyil, eyni zamanda, digər dinlərin təmsilçilərinin iştirakıdır. Ölkəmizin İslam dünyasının ayrılmaz hissəsi olduğunu deyən diplomat belə bir tədbirin Bakıda baş tutmasının önəmini bir daha qeyd edib.

N.Ə.Əbdürrəhman əlavə edib ki, bu gün Azərbaycan dünyaya tolerantlıq və inklüzivliyin mükəmməl modelini təqdim edir.

DİGƏR Xəbərlər Arxiv