YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabah Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək

Martın 7-də Azərbaycan Respublikası Milli Məclisinin 2017-ci il yaz sessiyasının növbəti plenar iclası keçiriləcək.

Milli Məclisin mətbuat xidmətindən bildiriblər ki, iclasda Azərbaycan Respublikası Milli Məclisi komitəsinin üzvünün seçilməsi haqqında, A.S.Quliyevin , V.Ə.Xubanovun və A.Q.Babayevin Mərkəzi Bankın İdarə Heyətinin üzvləri təyin edilməsi haqqında məsələlərə baxılacaq, həmçinin insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi dinləniləcək.

Deputatlar “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Sərhəd qoşunları haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Telekommunikasiya haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Reklam haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinə baxacaqlar.

Milli Məclis “Məktəbəqədər təhsil haqqında” qanun layihəsini ikinci oxunuşda müzakirə edəcək.

 

 

DİGƏR Xəbərlər Arxiv