YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Adil Əliyev: Ordumuz işğalçı dövlətin hərbi birləşmələrinin istənilən təxribatının qarşısını almaq gücündədir

«Ordumuz işğalçı dövlətin hərbi birləşmələrinin istənilən təxribatının qarşısını almaq gücündədir». Bu fikri Milli Məclisin deputatı Adil Əliyev deyib.

A.Əliyev bildirib ki, ötən ilin aprelində Azərbaycan Ordusunun ərazilərimizin bir hissəsini azad etməsi, bütövlükdə ölkəmizin  inkişafı Ermənistanda ciddi narahatlıq doğurur. Onun sözlərinə görə, Azərbaycanın uğurları fonunda işğalçı  Ermənistanda sosial-iqtisadi durumun ağır olaraq qalır.

«Bu da Ermənistanın əhalisində hakimiyyətdən narazılığı artırır, həm də siyasi elita arasında parçalanma, qarşıdurma meylləri artır. Məhz bütün bunlara görə Ermənistan işğal etdiyi ərazilərdə qondarma “referendum” keçirir, cəbhədə təxribata əl atır. Lakin qüdrətli ordumuz düşmənin istənilən təxribatının qarşısını almağa qadirdir»- deyə, A.Əliyev vurğulayıb.