YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İran səfiri: İslam ölkələri Azərbaycan Prezidentinin həmrəylik təşəbbüsündən faydalanmalıdır

Dünyada gedən mürəkkəb proseslər, bir sıra ölkələrdə baş verən münaqişələr İslam ölkələri arasında həmrəyliyin olmasını zərurətə çevirib. Buna görə də Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması çox düzgün qərardır.

Bu fikirləri  İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə bildirib.

Səfir təəssüflə qeyd edib ki, bu gün dünyada İslam dini ilə terrorizmi eyniləşdirmək meyilləri mövcuddur. Əgər İslam ölkələri arasında həmrəylik olsa, biz dinimizin dəyərlərini dünyaya düzgün şəkildə izah edə bilərik. İslam sülh dinidir, yer üzündə sülhün, sabitliyin bərqərar olmasını, bəşəriyyətin inkişafını istəyir. Bir daha vurğulamaq yerinə düşər ki, Azərbaycan Prezidentinin bu qərarı düzgün və zamanında verilmiş qərardır. İslam ölkələri bu təşəbbüsdən faydalanmalıdır.

“Əgər biz həmrəylik nümayiş etdirsək, həm İslam ölkələrinin maraqlarını müdafiə etmiş olarıq, həm də dinimizin dəyərlərini düzgün şəkildə təqdim edərik”, - deyə səfir vurğulayıb.