YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Rusiya və Gürcüstan ilə dövlət sərhədlərinin demarkasiyası və delimitasiyası üzrə komissiyaların iclası keçiriləcək

Bu ilin birinci yarısında Bakıda Rusiya və Gürcüstan ilə dövlət sərhədlərinin demarkasiyası və delimitasiyası üzrə komissiyaların iclası keçiriləcək. Bu barədə AZƏRTAC-a məxsusi açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov məlumat verib.

Xələf Xələfov deyib ki, Rusiya ilə dövlət sərhədlərinin demarkasiyası üzrə iclas ekspertlər, Gürcüstanla isə dövlət sərhədlərinin delimitasiyası ilə bağlı iclas komissiya sədrləri səviyyəsində keçiriləcək.

Xarici işlər nazirinin müavini bildirib ki, Gürcüstanla dövlət sərhədlərinin üçdə iki hissəsi komissiya tərəfindən razılaşdırılıb, qalan hissəsi ilə bağlı müzakirələr davam etdirilir. Rusiya ilə dövlət sərhədlərinin demarkasiyası üçün hüquqi-normativ aktlar üzərində iş gedir, dəqiqləşdirmələr aparılır.