YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Albaniya Prezidenti V Qlobal Bakı Forumunda iştirak edəcək

Albaniya Prezidenti Buyar Nişani və xanımı Odeta Nişani martın 16-17-də keçiriləcək V Qlobal Bakı Forumunda iştirak edəcək. “Xarici əlaqələrin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan forumun açılışında Albaniya Prezidentinin çıxışı gözlənilir.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən  verilən məlumata görə, Forumda transatlantik münasibətlərin gələcəyi, terrorizmlə mübarizə, beynəlxalq münasibətlərdə Çinin rolu, Avropanın gələcəyi, populizm və ekstremizmin beynəlxalq təhlükəsizlik üçün təhdidləri kimi məsələlər müzakirə ediləcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Forumda bir sıra ölkələrin prezidentləri, sabiq dövlət, hökumət başçıları, tanınmış siyasətçilərin, ictimai xadimlərin iştirakı nəzərdə tutulub.