YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Praqada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılacaq

Fevralın 27-də Avropa Azərbaycan Cəmiyyətinin Benelüks ofisi “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının dəstəyi ilə Praqada Xocalı soyqırımı qurbanlarının xatirə gecəsini təşkil edəcək. Tədbirdə “Sonsuz dəhliz” sənədli filmi nümayiş olunacaq.

Bu barədə məlumatı Avropa Azərbaycan Cəmiyyətinin “facebook” səhifəsində yerləşdirilib.

“Sonsuz dəhliz” filmi prodüser Aleksandras Brokas (Litva) və nüfuzlu "Grammy Award" mükafatçısı Cerald Rafşun (ABŞ) tərəfindən çəkilib.

Film Xocalı dəhşətlərinin şahidi olan litvalı jurnalist Riçard Lapaitisin faciədən 20 il sonra Azərbaycana gələrək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşlərində lentə alınmış xatirələri və Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibəsi əsasında qurulub.

 

DİGƏR Xəbərlər Arxiv