YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Litva səfiri: Azərbaycan Litva investorları üçün yaxşı imkandır

Litva hökuməti Azərbaycan investorlarını iqtisadi zonalara cəlb etmək məqsədilə onlara müəyyən güzəşt və təminatlar təqdim etməyə hazırdır. Bunu Trend-ə eksklüziv olaraq Litvanın Azərbaycandakı səfiri Valdas Lastauskas deyib.

Səfri qeyd edib ki, bu gün Azərbaycan investorları Litvanın turizm sektorunda fəaliyyət göstərirlər: "Bu, ilk növbədə turizm biznesi sahəsi, otel tikintiləri ilə bağlıdır".

O əlavə edib ki, Litvada 5 azad iqtisadi zona var ki, bunlar Azərbaycan investorları üçün maraqlı ola bilər.

Səfir vurğulayıb ki, Azərbaycan Litva investorları üçün yaxşı imkandır.

Diplomat iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi üçün hər iki tərəfdə heç bir maneə olmadığını, məhsul dövriyyəsi səviyyəsinin artırılması, münasibətlərin daha da yaxşılaşdırılması üçün imkan olduğunu qeyd edib: "Əməkdaşlıq üçün daha çox sahə var, əsas istək və qarşılıqlı maraqların olmasıdır".