YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatları İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqı (İƏTPİ) Konfransının 12-ci sessiyasında iştirak edəcək

Yanvarın 27-28-də Mali Respublikasının paytaxtı Bamako şəhərində İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqı (İƏTPİ) Konfransının 12-ci sessiyası keçiriləcək.

Tədbirdə Milli Məclisin bu qurumdakı nümayəndə heyətinin rəhbəri Gövhər Baxşəliyeva və deputat Mirkazım Kazımov iştirak edəcəklər.

Toplantıda Azərbaycanın Dağlıq Qarabağ ərazisinin Ermənistan tərəfindən işğalı, Xocalı faciəsi qurbanlarının anılması və soyqırımın tanınması, Fələstin problemi, Suriyada humanitar vəziyyət, terrorizmin bütün formalarına qarşı mübarizə, müasir texnologiyaların sülhməramlı məqsədlərlə istifadəsi, müsəlman ölkələri arasında viza prosedurunun sadələşdirilməsi və digər məsələlərlə bağlı müzakirələr aparılacaq.

Toplantının sonunda Bağdad Bəyannaməsi və İƏTPİ Konfransının 12-ci sessiyasının Yekun Kommunikesi qəbul ediləcək.