YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Azərbaycanın iqtisadi sahədə uğurlarının dünyaya təqdim olunmasında Davos Forumu mühüm vasitədir

«Azərbaycanın iqtisadi sahədə uğurlarının dünyaya təqdim olunmasında Davos Forumu mühüm vasitədir. Azərbaycanın Davos Forumunda iştirak etməsi ölkəmizin böyük iqtisadi uğurlar qazanmasında imkanlar yaradır». Bu fikirləri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, Forumda ölkələrin iqtisadi inkişafı üzrə təhlillər də aparılır. Onun sözlərinə görə, bu təhlillərin nəticələri dünyanın Azərbaycana olan marağını daha da artırır.

Forumun Azərbaycana böyük önəm verdiyini deyən millət vəkilinin fikrincə, bunun başlıca səbəbləri Azərbaycanın son 13 ildə özünün inkişaf modelinə, iqtisadi göstəricilərinə və iqtisadiyyatının unikallığına görə dünya iqtisadçılarının, beyin mərkəzlərinin və iqtisadi reytinq göstəricilərini müəyyənləşdirən beynəlxalq qurumların diqqətini cəlb etməsidir. Davos Forumunda Azərbaycan Prezidentinin hər zaman çox yüksək səviyyədə qarşılandığını deyən T.Rzayev hazırki tədbir çərçivəsində də dövlətimizin başçısının mühüm görüşlər keçirdiyini vurğulayıb. Onun fikrincə, Azərbaycan Prezidenti İlham Əliyevin Davos fəxri üzvlər klubunun nişanı ilə təltif olunması dövlətimizin başçısının dünya miqyasında yüksək nüfuzunun göstəricisidir.