YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Times of Islamabad": 25 il ərzində Azərbaycan mühüm siyasi, iqtisadi, sosial nailiyyətlər əldə edib

İyirmi beş illik müstəqillik ərzində Azərbaycan mühüm siyasi, iqtisadi və sosial nailiyyətlər əldə edib.

Trend-in “Times of Islamabad” qəzetinə istinadən məlumatına görə, bunu Azərbaycanın Pakistandakı səfirliyində 20 yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı təşkil edillmiş tədbirdə çıxış edən Pakistanın keçmiş xarici işlər naziri Abdul Səttar deyib.

Onun sözlərinə görə, Pakistan Ermənistanın Azərbaycan ərazilərini işğal etməsindən sonra BMT-də işğalçı qoşunların çıxarılması çağırışını edən ilk ölkələrədən olub.

Keçmiş nazir qeyd edib ki, Pakistan və Azərbaycan bu gün də qardaşlıq münasibətlərinə sahibdir.