YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xoşbəxt Yusifzadə: “Ümid” yatağı ümidlərimizi doğrultdu

“Ümid” yatağının qaz-kondensat ehtiyatlarının mənimsənilməsi və onun şimal-şərq qanadının karbohidrogen ehtiyatlarının təsdiq edilməsi məqsədilə məhsuldar qatın VII horizontuna qazılmış 6 min 352 metr dərinliyində quyuya böyük ümidlər bəslənilirdi.

Bu barədə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib.

“Çünki ilkin hesablamalara görə, karbohidrogen ehtiyatları 200 milyard kubmetr qaz və 40 milyon ton kondensat həcmində qiymətləndirilən “Ümid” yatağının işlənməsi çərçivəsində burada 4 özülün quraşdırılması, bu özüllərdən 19 istismar quyusunun qazılması layihəsi üzərində iş gedir. Buna görə də, yeni quyudan əldə edilən məlumatların və qazmanın nəticəsinin bizim üçün böyük əhəmiyyəti var. Çox şadıq ki, yeni quyu ümidlərimizi doğrultdu. 6317-6282 metr dərinlik intervalında perforasiya işlərindən sonra quyu 12 millimetrlik ştutserlə hazırda gündə 1 milyon kubmetrə qədər qaz və 150 tona yaxın kondensat verir”, - deyə akademik əlavə edib.