YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azər Badamov: 2016-cı il ölkəmiz üçün bir sıra mühüm hadisələri ilə əhəmiyyətli oldu

«2016-cı il ölkəmiz üçün bir sıra mühüm hadisələri ilə əhəmiyyətli oldu. İlk olaraq vurğulamaq lazımdır ki, bu ilin aprel ayında Azərbaycan Silahlı Qüvvələrinin erməni təxribatlarına qarşı əzmkarlıq nümayiş etdirərək işğal altında olan mühüm strateji mövqeləri geri qaytarması tarixi bir qələbə idi. Bu baxımdan 2016-cı il bütün Azərbaycan xalqı üçün əlamətdar il oldu. Digər tərəfdən, «Multikulturalizm ili» elan olunan 2016-cı ildə ölkəmiz bir daha dünyaya birgəyaşayış, tolerantlıq və dözümlülük nümunəsi kimi təqdim olundu. Ölkəmizdə keçirilən bir sıra tədbirlər Azərbaycan xalqının multikultural dəyərələrə necə sahib çıxdığını əyani şəkildə ortaya qoymuş oldu. İnanıram ki, qarşıdan gələn illərdə də xalqımız multikultural dəyərlərin qorunması, inkişafı və təbliği istiqamətində dünyaya nümunə olacaq».  

Bu fikirləri Milil Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov bildirib. Onun sözlərinə görə, 2016-cı il həm də yüksək iqtisadi islahatlar ili kimi yadda qaldı. Dünyada hökm sürən maliyyə böhranının fonunda, ölkəmizdə bir sıra sahələr üzrə əldə olunan nailiyyətlərin sevindirici olduğunu qeyd edən millət vəkili ən əsası sahbikarlığın inkişafına verilən dövlət dəstəyinin, kənd təsərrüfatının, qeyri-neft sektorunun inkişafına göstərilən diqqətin gələcək inkişafımızda mühüm əhəmiyyət daşıyacağını dilə gətirib: «Cənubi Qafqaz regionunun əsas iqtisadi aktoru sayılan ölkəmiz qeyri-neft sektorunun inkişafı, təşviqi ilə bağlı mühüm uğurlara imza atıb. Möhtərəm Prezidentimiz İlham Əliyevin də bildirdiyi kimi, qarşıdan gələn il ölkəmizdə turizmlə bağlı daha yüksək göstəricələr əldə olunmasını proqnozlaşdırmağa imkan verir. Biznes mühitinin yaxşılaşdırılması, ixrac potensialımızın artırılması, xarici sərmayənin Azərbaycana cəlb edilməsi, yerli istehsalın artırılması, ən əsası isə sahibkarların və xüsusilə kənd təsəfrrüfatı sahəsində çalışan sahibkarların fəaliyyəti üçün mühüm stimullaşdırıcı addımların atılması, Fərman və sərəncamların imzalanması qarşıdan gələn ildə öz nəticələrni ortaya qoymuş olacaq. Bu gün öz ərzaq təhlükəsizliyinin təminatı yönündə əməli fəaliyyət nümayiş etdirən dövlətimiz bir sıra sahələrin yenidən dirçəlişinə nail olub. Bu istiqamətdə pambıqçılıq, üzümçülük sektoru daha çox canlanmaya qədəm qoyur. İnanıram ki, yaxın zamanlarda Azərbaycan artıq dünya bazarlarında öz məhsulları ilə daha da çox tanınacaq». 

DİGƏR Xəbərlər Arxiv