YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillin Prezidenti lham Əliyevə təbrikindən: Siz ali dövləti vəzifədə fədakarcasına Vətənin və xalqın rifahına xidmət edirsiniz

Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə 55 illik yubileyi münasibətilə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Dünyada Sizi ən çətin məsələləri həll etməyə qadir olan təcrübəli və əsl peşəkar siyasi xadim kimi tanıyırlar. Siz hörmətli atanız Heydər Əlirza oğlunun siyasətini davam etdirərək ali dövləti vəzifədə fədakarcasına Vətənin və xalqın rifahına xidmət edirsiniz.

Bu gün Azərbaycan sosial-iqtisadi və mədəni sahələrdə dinamik inkişaf edir. Sevindirici haldır ki, Siz öz fəaliyyətinizdə respublikada millətlərarası və dinlərarası sülhün dəstəklənməsinə də böyük önəm verirsiniz.

Əminəm ki, dövlət hakimiyyəti ilə Rus Pravoslav Kilsəsinin Bakı yeparxiyasının cəmiyyətdə vətəndaş həmrəyliyinin qorunub saxlanmasına və ənənəvi mənəvi-əxlaqi dəyərlərin bərqərar edilməsinə yönələn səmərəli qarşılıqlı fəaliyyəti daha da möhkəmlənəcək.

Sizə və yaxınlarınıza möhkəm cansağlığı, mənəvi rahatlıq, bütün xeyirxah işlərdə və təşəbbüslərdə uğurlar diləyirəm.”