YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan deputatları Özbəkistanda keçiriləcək prezident seçkilərini izləyəcəklər

Milli Məclisin aqrar siyasət komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası dostluq qrupunun rəhbəri Eldar İbrahimov və həmkarları Siyavuş Novruzov, Elman Nəsirov Özbəkistanda keçiriləcək prezident seçkilərini izləyəcəklər.

Azərbaycandan gələn müşahidəçilər arasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin baş məsləhətçisi Tofiq Abbasov və iş adamı Rəşid Çulaqov da var.

Milli Məclisin üzvləri seçkilərin gedişini Daşkənddə, Tofiq Abbasov və Rəşid Çulaqov isə Buxarada izləyəcəklər.

Bu gün deputatlar Daşkənddə fəaliyyət göstərən seçki məntəqələrində hazırlıq işləri ilə tanış olub, “International Hotel Tashkent” mehmanxanasında yaradılan press-klubda yerli KİV-lərə müsahibə veriblər.

DİGƏR Xəbərlər Arxiv