YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Artıq YAP nəinki regionda, dünyada nüfuzlu bir siyasi təşkilat kimi tanınır

«Yeni Azərbaycan Partiyasının fəaliyyəti, ötən dövr ərzində keçdiyi şərəfli yol hər bir siyasi təşkilat üçün örnəkdir». Bu fikri yap.org.az saytına Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu  Yeni Azərbaycan Partiyası qısa bir zaman kəsiyində gördüyü işlər sayəsində xalqımızın etimadını qazanıb. Onun sözlərinə görə, partiya yarandığı zaman  Azərbaycan vətəndaşları ona  ümid yeri kimi baxırdılar.

«Partiya liderinin vətənpərvərliyi, təəssübkeşliyi, məntiqi mühakimə aparma bacarığı, qayğıkeşliyinin nəticəsi kimi xalqımız öz liderinin ətrafında sıx toplaşmağa başladı. Və xalqımızın təkidli tələbi nəticəsində Ulu öndər Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətin layiqli rəhbəri olaraq, ölkəmizin uğur formulunun əsasını qoydu. Bu gün də bu uğurlu siyasət ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən davam etdirilərək, xalqımızın inamını daha da gücləndirir. Artıq YAP nəinki regionda, dünyada nüfuzlu bir siyasi təşkilat kimi tanınır. Belə ki, YAP geniş beynəlxalq əlaqələr malikdir və bu əlaqələr daim genişlənməkdədir. Həm Avropa, həm də Asiya ölkələrində fəaliyət göstərən siyasi partiyalarla, eləcə də siyasi partiyaların birləşdiyi nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edirik.  Uğurlu beynəlxalq fəaliyyət partiyamızın nüfuzunu artıran əsas amillərdən biridir»- deyə, S.Fətəliyeva qeyd edib. 

DİGƏR Xəbərlər Arxiv