YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Alexandro Eskivel: Bakı Konqresi hamımız üçün faydalı oldu

Bakı Konqresi yüksək səviyyədə təşkil edilib. Hamımız üçün faydalı olan bu möhtəşəm tədbir məndə zəngin təəssürat yaradıb.

Meksikanın “Notimex” İnformasiya Agentliyinin baş direktoru Alexandro Ramos Eskivel Dünya Xəbər Agentliklərinin Bakıda keçirilən konqresi barədə təəssüratını AZƏRTAC-a müsahibəsində bölüşərkən belə deyib.

O qeyd edib ki, konqresdə müzakirə edilən bütün mövzular, o cümlədən informasiyanın hazırlanmasında və auditoriyaya çatdırılmasında müasir texnologiyaların tətbiqi, ənənəvi jurnalistikada yeni platformalardan istifadə olunması məsələləri çox önəmlidir.

Müsahibimiz bildirib ki, müasir jurnalistikanın qarşısında bir çox çağırışlar dayanır və özünün də konqresdə “XXI əsrin jurnalisti” mövzusunda çıxışı aktual məsələyə həsr olunub.

Meksikalı qonaq Bakıya ilk dəfə gəlməsinə baxmayaraq, Azərbaycan haqqında, bu ölkənin güclü iqtisadiyyatı və zəngin mədəniyyəti, azərbaycanlıların qonaqpərvərliyi barədə məlumatlı olduğunu söyləyib.