YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hicran Hüseynova: Dövlət qulluğunda çalışanlar arasında qadınların çəkisi artır

«Azərbaycanda hər zaman maarifçilik və xeyriyyəçilik ideyaları, milli mənəvi dəyərlər əsasında fəaliyyət göstərən, örnək kimi qəbul etdiyimiz qadınlar olub və indi də vardır. Onlar cəmiyyətimizin inkişafına öz töhfələrini veriblər». Bu fikirləri

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

H.Hüseynova bildirib ki, hazırda  Azərbaycan əhalisinin ümumi sayının 50,3%-ni  qadınlar təşkil edir.  Onun sözlərinə görə, dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi artaraq 28% - ə çatmışdır.

«Son bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş qadınların sayı 5 dəfə artıb və onların xüsusi çəkisi 26,7 % olmuşdur. Bələdiyyə sədrlərinin 17,7%-i, əksər İcra Hakimiyyəti başçısının müavinləri qadındır. Eyni zamanda, ölkədə qadın sahibkarların ictimai birliklərinin yaradılması və fəaliyyətinin təmin olunması istiqamətində də müvafiq işlər görülüb. Hazırda qadınlarımızın 49,5%-i əmək fəaliyyətilə məşğuldurlar. Onlar ölkə iqtisadiyyatının demək olar ki, bütün sahələrində çalışırlar. Son illərdə qadınların sahib olduğu müəssisələrin sayının artdığı müşahidə olunur»- deyə, Dövlət Komitəsinin sədri vurğulayıb.