YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Azərbaycanda dövlət, siyasi partiyalar və vətəndaşlar arasında c həmrəylik mövcuddur

«Bu gün Azərbaycanın əsas siyasi qüvvələri arasında heç bir problem yoxdur. Radikal mövqedə dayanan, xarici qüvvələrlə, xüsusilə erməni lobbisinin təsiri altında olan ayrı-ayrı təşkilatlar ilə əməkdaşlıq edən və ciddi sosial bazası olmayan siyasi qüvvələr istisna olmaqla ölkəmizdə siyasi partiyalarla dövlət arasında həmrəylik, konstruktiv əməkdaşlıq mövcuddur. Bu isə Azərbaycanın siyasi mühitində mövcud olan mühüm uğurlardan biridir». Bu fikri Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

F.Ağamalı bildirib ki, dialoq və müzakirələr üçün sosial sifariş, həmçinin aktul problemlər olmalıdır ki, həmin məsələlərə dair fikir mübadiləsi aparılsın və ortaq məxrəc tapılsın. Onun sözlərinə görə,  Azərbaycan dövlətinin daxili və xarici siyasəti sırf milli maraqlar üzərində qurulduğuna və kifayət qədər uğurlu olduğuna görə hər hansı bir çəkişmə, fərqli fikir ifadə etməyə lüzum yoxdur.

«Ən böyük problem işğal edilmiş Azərbaycan torpaqlarının azad olunmasıdır. Bununla bağlı cəmiyyətdə hər hansı bir fərqli yanaşma, fikir ortaya çıxarsa, təbii ki, bununla bağlı dialoq və müzakirə aparmaq zərurəti yaranar. Bütövlükdə, Azərbaycanda dövlət, siyasi partiyalar və vətəndaşlar arasında ciddi həmrəylik mövcuddur ki, bu da müsbət amildir»- deyə, F.Ağamalı qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv