YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İstanbulda 5-ci Türkiyə-Azərbaycan-Gürcüstan biznes forumu keçiriləcək

Noyabrın 16-da İstanbul şəhərində 5-ci Türkiyə-Azərbaycan-Gürcüstan biznes forumunun keçirilməsi nəzərdə tutulur. Tədbir Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə baş tutacaq.

AZPROMO-dan bildiriblər ki, tədbir zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri ikitərəfli görüşlərdə Türkiyə və Gürcüstan iş adamları arasında özlərinə tərəfdaşlar tapmaq və iş əlaqələri qurmaq imkanı əldə edəcəklər.