YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İslam Həmrəyliyi Oyunlarının Əlaqələndirmə Komissiyasının IV iclasının vaxtı açıqlandı

İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Koordinasiya Komissiyasının IV iclasının vaxtı dəqiqləşib.

Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova jurnalistlərə açıqlamasında deyib. /Trend/

Onun sözlərinə görə, iclas noyabrın 8-də keçiriləcək.

İclasda gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Əlaqələndirmə Komissiyasının sədri Hamad Kalkaba Maldoum və digər rəsmilər iştirak edəcəklər:

"Yığıncaq saat 09:00-da öz işinə başlayacaq. Burada İslamiadada iştirak edəcək idman növü və atletlərin sayı dəqiqləşəcək. Bununla yanaşı, nəqliyyat, infrastruktur, könüllülərlə işin qurulması və digər məsələlər müzakirə olunacaq. Günün yekununda, saat 16:00-da KİV nümayəndələri üçün mətbuat konfransı keçiriləcək".

S.Məmmədova bildirib ki, iclasın ikinci günü isə marketinq, yayım, kommersiya, həmçinin açılış və bağlanış mərasimləri barədə fikir mübadiləsi aparılacaq.