YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Akif Əlizadə: Müasir dövrdə elm sahəsində gənc kadrların hazırlanması vacib məsələdir

«AMEA bir sıra dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində uğurlu layihələr həyata keçirir». Bu fikri AMEA prezidenti, akademik Akif Əlizadə deyib.

A.Əlizadə bildirib ki, Azərbaycan elminin qarşısında mühüm məsələlər durur. Onun sözlərinə görə, bu baxımdan, AMEA-da magistr təhsilinin təşkili elm və təhsilin inteqrasiyası istiqamətində əldə olunan mühüm nailiyyətlərdən biri kimi dəyərləndirilməlidir.

«Müasir dövrdə elm sahəsində gənc kadrların hazırlanması, onları düzgün istiqamətləndirməklə bütün sahələrdə fəaliyyətlərinin artırılmasına dəstək göstərmək son dərəcə vacibdir. Hazırda AMEA-nın infrastrukturunun təkmilləşdirilməsi istiqamətində də kompleks tədbirlər həyata keçirilir. Akademiyada islahatyönümlü hədəflər 2020-ci ilədək davam edəcək»- deyə, AMEA prezidenti vurğulayıb.