YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: Bu gün Azərbaycanda mətbuat-dövlət və mətbuat-cəmiyyət münasibətləri şəffafdır

«Hər bir xalqın milli mətbuatı onun intellektual inkişaf göstəricilərindən biridir.  Mətbuat cəmiyyətdəki bu və ya digər dəyişiklikləri, bütün sferalarda baş verən ən müxtəlif hadisələri əks etdirən vasitədir. Bu mənada milli mətbuatın inkişafı hər bir xalq üçün prioritet məsələlərdən biridir». Bu fikirləri “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, Azərbaycanda mətbuatın inkişafını təmin edəcək hüquqi əsaslar Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Konsitutisiyasında öz əksini tapıb. Onun sözlərinə görə, söz və mətbuat azadlığı, fikir plüralizmi, insan hüquqlarının təminatı Konstitusiya ilə qorunur.

«Bu mənada deyə bilərik ki, hüquqi baxımdan Azərbaycanda mətbuatın inkişafını təmin edəcək bütün vasitələr mövcuddur. Təbii ki, mətbuat elə bir unikal ictimai institutdur ki, onun inkişafı hər zaman diqqət mərkəzindədir. Məhz buna görə də Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə milli mətbuatın inkişafı  üçün çox mühüm qərarlar qəbul edib. Həmin qəbul edilən qərarlar həm mətbuatımızın inkişafını, həm də onun intellektual inkişafını təmin edib. Bu gün Azərbaycanda mətbuat-dövlət və mətbuat-cəmiyyət münasibətləri şəffafdır. Eyni zamanda, mətbuatın inkişafına xidmət edən Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkşafına Dövlət Dəstəyi Fondu (KİVDF) yaradılıb. Bu Fond Azərbaycan mətbuatını maliyyələşdirən, onun maddi problemlərini həll edən xüsusi vasitə kimi çıxış edir. Hesab edirəm ki, ölkə mətbuatına bu cür diqqət və qayğı mətbuatın inkişafını əsaslandıran əsas amillərdən biridir. Lakin ölkə başçısının Azərbaycan mətbuatına diqqəti bununla da kifayətlənmir. Ölkə rəhbəri daim mətbuat işçilərinin, jurnalist peşəsinin ictimai nüfuzunun artırılması ilə bağlı mühüm addımlar atır. Eyni zamanda, jurnalistlərin mənzil-məişət problemlərinin həlli üçün xüsusi tədbirlər həyata keçirilir»- deyə, baş redaktor vurğulayıb.