YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dilarə Cəbrayılova: «Məktəbəqədər təhsil haqqında» qanun dövlətin təhsil siyasətinin hüquqi bazasını daha da təkmilləşdirəcək

«Məktəbəqədər təhsil haqqında» qanun dövlətin təhsil siyasətinin hüquqi bazasını daha da təkmilləşdirəcək. Bu fikri yap.org.az saytına Milli Məclisin deputatı Dilarə Cəbrayılova deyib.

D.Cəbrayılova bildirib ki, bu sənəd ölkəmizdə məktəb yaşına çatmamış uşaqların məktəbəqədər təhsilinin təmin olunması sahəsində dövlət siyasətinin prinsiplərini, məktəbəqədər təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir. Onun sözlərinə görə, məktəbəqədər təhsil ölkəmizdə fasiləsiz təhsil sisteminin ilk pilləsi kimi fərdin, cəmyyətin və dövlətin maraqları nəzərə alınmaqla davamlı inkişaf etdirilən prioritet fəaliyyət sahəsidir.

«Ölkəmizdə təhsil sahəsi inkişaf edir. Təbii ki, yeni qanun bu sahənin inkişafına töhfələr verəcək. Şübhəsiz ki, təhsil sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi çox vacib amildir. Bu qanun da məktəbəqədər təhsilin daha da gücləndirilməsinə xidmət edəcək»- deyə, deputat qeyd edib. 

DİGƏR Xəbərlər Arxiv