YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şirzad Abdullayev: 2016-cı ilin ötən dövrü ərzində ölkə üzrə sahibkarlara 123,8 milyon manat güzəştli kredit verilib

«2016-cı ilin ötən dövrü ərzində ölkə üzrə sahibkarlara 123,8 milyon manat güzəştli kredit verilib». Bunu Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev deyib.

Ş.Abdullayev bildirib ki, bu vəsait  1876 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə yönəlib. Onun sözlərinə görə, bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 5900-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir.

«Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində isə paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1300-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 344,6 milyon manat güzəştli kredit yönəldilib»- deyə, icraçı direktor vurğulayıb.