Xəbərlər
Azərbaycanın Türkiyədəki səfiri diplomatik nümayəndəliklər adından Anıtqəbiri ziyarət edib

Azərbaycanın səfiri Faiq Bağırov Ankarada akkreditasiya olunan diplomatik nümayəndəliklər adından Türkiyənin milli bayramı – Respublika günü münasibətilə Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib.
Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyan səfir diplomatik korpus adından Anıtqəbirin “Xatirə kitabı”na ürək sözlərini yazıb.
Azərbaycanın Ankaradakı səfirliyinin əməkdaşları ziyarətdə iştirak ediblər.
/ 3