YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: Azərbaycan, İran və Rusiya Federasiyası prezidentlərinin Bəyannaməsi olduqca tarixi sənəddir

"Azərbaycan, İran və Rusiya Federasiyası prezidentlərinin Bəyannaməsi olduqca tarixi sənəddir. Azərbaycanın  son 200 illik tarixində ilk dəfədir ki, sənəddə qeyd olunduğu kimi qonşu ölkələrlə bərabər hüquqlu, qarşılıqlı hörmətə söykənən əməkdaşlıq məsələləri öz əksini tapıb». Bu fikirləri «Yeni Azərbaycan» qəzetinin baş redaktoru, Milli Məclisin deputatı  Hikmət Babaoğlu parlamentin  bugünkü iclasında «Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası Prezidentlərinin Bəyannaməsi»nin təsdiq olunması məsələsinin müzakirəsində  çıxışı zamanı deyib.

H.Babaoğlu bildirib ki, bu sənəd əslində  Azərbaycan Prezidentinin regionda yaratdığı yeni şərtlərin nəticəsi olaraq meydana çıxıb. Onun sözlərinə görə, üçtərəfli görüşün də təşəbbüskarı məhz Azərbaycan prezidenti idi.

«Görüşdən sonra Xəzər dənizinin dibinin bölünməsi ilə bağlı məsələdə irəliləyişlərin də olduğu bildirilir. Bu yaxınlarda da bəyan edildi ki, artıq hər üç tərəf Xəzərin dibinin bölüşdürülməsi ilə bağlı müəyyən razılığa gəliblər və bu olduqca əhəmiyyətlidir. Bundan əlavə, sənəddə terrorizmlə mübarizə məsələləri, Xəzər dənizinin sülh dənizi olması, eləcə də Azərbaycan, İran və Rusiyanın enerji təhlükəsizlik məsələlərində bərabər addımlar atması yer alıb ki, bu da ölkəmizin millli maraqlarına cavab verir.  Bu baxımdan bəyannamə siyasi məzmun etibarı ilə mühüm sənəddir»- deyə, H.Babaoğlu qeyd edib.

DİGƏR Xəbərlər Arxiv