Xəbərlər
Əhliman Əmiraslanov: Səhiyyə sahəsinə aid bir sıra qanunların təkmilləşdirlməsi işi davam edir

«Səhiyyə sahəsinə aid bir sıra qanunların təkmilləşdirlməsi işi davam edir». Bu fikri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
Ə.Əmiraslanov bildirib ki, bu sənədlərdən biri “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” qanunda dəyişiklik edilməsidir. Onun sözlərinə görə, bütün dünyada insan orqan və toxumalarının transplantasiyası geniş yayılıb.
«Azərbaycanda da bu sahədə böyük işlər görülür. 15 il əvvəl ölkədə insan orqan və toxumalarının transplantasiyası əməliyyatları yox səviyyəsində olsa da, bu gün artıq qara ciyər, böyrək, bəzi orqan və toxumaların, gözün müxtəlif hissələrinin transplantasiyası əməliyyatları sıx-sıx həyata keçirilir. Yaxın gələcəkdə ölkədə ürək transplantasiyasının həyata keçirilməsi də mümkün olacaq»- deyə, komitə sədri vurğulayıb.