YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dmitri Kumsişvili: Gürcüstan dost və qardaş Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır

Gürcüstan dost və qardaş Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır.

Bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili Tbilisidə səfərdə olan Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev ilə oktyabrın 28-də keçirdiyi görüşdə deyib.

“Bu gün xalqlarımız, dövlət və hökumət rəhbərlərimiz arasındakı dostluq münasibətləri əlaqələrimizin hərtərəfli inkişafı üçün geniş imkanlar yaradır. Bizim bir sıra layihələrimiz var və çalışırıq ki, həmin layihələri tez bir zamanda reallaşdıraq”, - deyə gürcüstanlı nazir bildirib. Bu layihələrin xalqlarımızın ümumi rifah halının yaxşılaşmasına və dövlət maraqlarımıza xidmət etdiyini söyləyən nazir bildirib ki, həyata keçirilən layihələr həm də strateji tərəfdaşlığımızın daha da möhkəmlənməsinə xidmət edir.

Şahin Mustafayev göstərilən qonaqpərvərliyə görə təşəkkür edib. Azərbaycan ilə Gürcüstanı strateji tərəfdaşdır adlandırıb. Bildirib ki, birgə iştirakımızla həyata keçirilən irimiqyaslı və regional layihələr təkcə bizim xalqlarımızın deyil, ümumilikdə regionun inkişafına, sülhün və təhlükəsizliyin təminatına xidmət edir. Nazir, həmçinin Azərbaycan və Gürcüstan nümayəndə heyətlərinin beynəlxalq tədbirlərdə də mövqelərimizi birgə müdafiə etmələrinin vacibliyini qeyd edib. Bildirib ki, hər iki dövlətin ərazisi işğal olunub, torpaqlarımız işğaldan azad olunduqdan sonra regional əməkdaşlığımız daha genişlənəcək.

Sonra görüşdə regionda həyata keçirilən layihələr, hazırlanan yeni layihələr, strateji tərəfdaşlığımızın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub.

 

DİGƏR Xəbərlər Arxiv