YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xarici işlər naziri Elmar Məmmədyarov Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ilə görüşüb

Oktyabrın 25-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ilə görüşüb.

Xorvatiya dövlətinin başçısı Kolinda Qrabar-Kitaroviç Azərbaycana səfərindən, Prezident İlham Əliyev ilə keçirdiyi görüşlərdən və ölkələrimiz arasında əməkdaşlığın inkişafına dair apardığı hərtərəfli müzakirələrdən dərin məmnunluq hissi keçirdiyini bildirib.

Görüşdə Azərbaycan ilə Xorvatiya arasında ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafı, turizm, nəqliyyat, dinlərarası və mədəniyyətlərarası dialoqun təşviq edilməsi və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.