YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç: Xorvatiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

“Ortaq marağımızda olan bir çox məsələlər, o cümlədən regional və qlobal təhlükəsizlik məsələləri var. Əlbəttə ki, Avropa İttifaqı, NATO, BMT və digər təşkilatlar kontekstində birgə əməkdaşlığımıza dair məsələlər də mövcuddur. Bizim Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimiz çox aydındır. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik və hesab edirik ki, bu münaqişə sülh və siyasi yolla həll olunmadır. Biz Minsk qrupu prosesini tamamilə dəstəkləyirik. Həmçinin Avropa İttifaqı ilə münasibətlərinizə gəlincə, Strateji Tərəfdaşlıq Razılaşmasının imzalanması və həyata keçirilməsi üçün Xorvatiyanın simasında Sizə hər zaman dəstək olacaq dostunuz var. Düşünürəm ki, təhlükəsizliklə bağlı yeni çağırışların artdığı və eyni zamanda, iqtisadi, enerji və digər sahələrdə, o cümlədən mədəniyyət, mədəni irs, millətlər və dinlər arasında anlaşma üzrə əməkdaşlıq fürsətlərinin üzə çıxdığı bir vaxtda və bu mənada qlobal təhlükəsizlik üçün perspektivləri münasib səviyyədə saxlamaq məqsədilə həmin razılaşmanın əhəmiyyəti daha da artacaq.” Bu fikirləri oktyabrın 24-də Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç mətbuata bəyanatla çıxışında deyib.  

Xorvatiya Respublikasının Prezidenti qeyd edib ki, biz TANAP, TAP və digər enerji layihələrinin tamamlanmasını və İon-Adriatik kəmərinin bu şəbəkəyə qoşulmasını səbirsizliklə gözləyirik: “Bununla da mənim şəxsi təşəbbüsüm olan üç dənizin birləşməsi, - yəni, nəqliyyat, enerji və rəqəmsallaşdırma infrastrukturu və digər imkanlar vasitəsilə Adriatik, Baltik və Qara dənizlərin birləşdirilməsi təşəbbüsünün reallaşmasını gözləyirik ki, bizim bizneslər iqtisadiyyatımızın rəqabətliliyinə öz töhfəsini verə bilsinlər. Enerji daşınması nöqteyi-nəzərindən və eyni zamanda, məhsullarınızın Qərbi Avropaya çatdırılması üçün Xorvatiyadan və xüsusilə ölkəmizin limanlarından istifadə edilməsi baxımından Xorvatiya və Azərbaycan arasında yaxşı əməkdaşlıq perspektivlərini görürəm. Şimali Atlantika marşrutları ilə müqayisədə bu marşrut əlbəttə ki, nəqletmə vaxtını azaldacaq. Enerji və nəqliyyat sahələrindən savayı, infrastrukturun yaradılması sahəsində əməkdaşlıq üçün bir çox imkanlar var. Fiziki infrastrukturun yaradılmasına gəlincə, bizim Azərbaycanda iş görmək marağında olan çoxlu inşaat şirkətimiz var. Həmçinin qatarlardan tutmuş gəmiqayırmayadək nəqliyyat vasitələri istehsal edən şirkətlərimiz də var. Müxtəlif təyinatlar üzrə sifariş verən müştərilərin ehtiyaclarına görə layihələrini uyğunlaşdıran, gəmiqayırmanın keyfiyyəti və səmərəliliyi baxımından qlobal bazarda ən səriştəli şirkətlərdən biri olan “Uyanik” ilə sizin iş təcrübəniz var. Lakin əlbəttə ki, təkcə böyük bərələr və yükdaşıyan gəmilər deyil, başqa gəmilər də var. Xəzər dənizində sərhəd mühafizəsini, sülhü və təhlükəsizliyi təmin etmək üçün önəmli olan səyyar gəmilərin hazırlanması imkanları da var.”